200-dən çox məktəb bağlandı - YAYILAN XƏSTƏLİK SƏBƏBİNDƏN

  • By admin
  • 13 Fevral 2018 22:04

Rusiyanın Saratov şəhərində qrip virusunun yayılması ilə əlaqədar məktəblər 10 gün müddətinə bağlanıb.

Gununsesi.info xəbər verir ki, məktəblərdə fevralın 14-dən dərslər dayandırılacaq.

Ümumilikdə şəhər ərazisində 207 orta məktəbin və 3 məktəbəqədər təhsil müəssisəsinin bağlandığı deyilir.

Məktəblərin fevralın 26-ı işini bərpa edəcəyi planlaşdırılır.

Qrip epidemiyası ilə əlaqədar sakinlərə açıq havada maska ilə gəzmək məsləhət görülüb.

Gununsesi.info