“2008-ci il müharibəsini məhz ABŞ dayandırdı və Gürcüstan dövlətini xilas etdi” -Saakaşvili

Gürcüstanın sabiq prezidenti, Mixail Saakaşvili 2008-ci ilin avqust müharibəsindən söz açaraq, Amerika Birləşmiş Ştatlarının roluna toxunub.

Gununsesi.info xəbər verir ki, sabiq prezident müharibənin məhz ABŞ tərəfindən dayandırıldığını bildirib.

HTML tutorial

“Amerika barəsində danışarkən unutmamalıyıq ki, 2008-ci il müharibəsini məhz ABŞ dayandırdı və Gürcüstan dövlətini xilas etdi. Altıncı donanma olmasaydı və humanitar hərbi əməliyyat baş tutmasaydı, bu gün Gürcüstan mövcud olmazdı. Bundan əlavə, həmin dövrdə Co Baydenin təşəbbüsü ilə 1 milyard dollar ayrıldı ki, bu da Gürcüstan iqtisadiyyatını xilas etdi,”-deyə Saakaşvili sosial media hesabında yazıb.

Gununsesi.info