2009-dan sonra doğulanlara siqaret satışı ömürlük qadağan edildi

  • By Mina
  • 18 Aprel 2024 10:37

Böyük Britaniyada gələcək nəslə ömürlük siqaret çəkməyi qadağan edən qanun layihəsi parlamentdə təsdiqlənib.

Gununsesi.info Britaniya mətbuatına istinadən xəbər verir ki, qanun layihəsi İcmalar Palatasında 383 deputatın təsdiqi ilə qəbul edilib.

67 deputat isə qanun layihəsinə qarşı çıxıb. Yeni qanunla “siqaretdən azad nəsil” yaratmaq təşəbbüsü çərçivəsində 2009-cu il yanvarın 1-dən sonra doğulanlara siqaret satışı qadağan edilib.

Bu il 15 yaşı tamam olan uşaqlar ömürlərinin sonuna qədər siqaret ala bilməyəcəklər. Bununla belə, qanun siqaret çəkilməsini yox, alınmasını qadağan edir.

Gununsesi.info