2015-ci illə müqayisədə ötən il 20 min uşaq az dünyaya gəlib - ƏHALİNİN SAYI AZALIB

  • By admin
  • 24 Yanvar 2017 10:14

ucem

Keçən ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 146,6 min, yaxud hər gün orta hesabla 438 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya  verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 16,5 təşkil edib. Doğulan körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarından ibarətdir. Doğulan körpələrdən 2522-si əkiz, 63-ü isə üçəmlərdir.

Qeyd edək ki, 2015-ci ildə ölkədə doğulan 166,2 min körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 17,4 təşkil edib. Doğulan körpələrin 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarından ibarət olub. Körpələrin 3054-ü əkiz, 84-ü üçəm, 8-i isə dördəm doğulub.

Gununsesi.info