2016-cı ildə 174 kişini ilk dəfə 60 yaşından sonra evləndirməyə nail olublar

  • By admin
  • 07 Avqust 2017 12:48

http_95.86.135.60_bpictures_picture98747

Dövlət Statistika Komitəsinin Azərbaycanda 2016-cı ildə evlənən bəy və gəlinlərin nikah vəziyyətinə dair məlumatında maraqlı məqamlar üzə çıxıb. 

Gununsesi.info Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, keçən  il respublikamızda  66771 nəfər nikaha girib. Məlum olub ki, ailə quranlardan 61566 kişi və 64250 qadın hec vaxt nikahda olmayanlardır.

Ötən il 4502 boşanmış kişi və 2353 boşanmış qadın yenidən nikaha girərək, ailə qurublar. Yeni ailə quranlar arasında dullar da az deyil. Belə ki, 703 dul kişi və 168 dul qadın da ötən il nikaha girərək, yeni ailə quranlar sırasına daxil olublar. Maraqlıdır ki, boşandıqdan sonra yenidən ailə quran kişilərdən 228-i, dul qaldıqdan sonra evlənən kişilərin isə 237-si yaşı 60-dan yuxarı olan ahıllardır.  Boşandıqdan sonra yenidən ailə quran 60 yaşdan yuxarı qadınların sayı 71, dul qalandan sonra ərə gedən ağbirçəklərin sayı isə 10 nəfər olub.
Qocalarla bağlı daha bir maraqlı məqam da budur ki, 2016-cı ildə  174 kişini ilk dəfə 60 yaşından sonra evləndirməyə nail olublar.  Eyni zamanda ata evində qarımış 60 qadın da ilk dəfə 60 yaşdan sonra ərə verilib.

Gülnaz Qənbərli

Gununsesi.info