2016-cı ildə istehlak kreditləri 20%, təxminən 1,2 milyard manat azalıb - AÇIQLAMA

  • By admin
  • 30 Mart 2017 13:08
kredit_0001
“2016-cı ildə istehlak kreditləri 20%, təxminən 1,2 milyard manat azalıb, ancaq real azalmanın həddi 2,35 milyard manat olub”.
 
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında  Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sədri Rüfət Aslanlı deyib.
 
Onun sözlərinə görə, bu, nominal azalmadır:
“Real azalma daha çoxdur. Çünki portfelin yarısı xarici valyuta idi. Biz məhdudiyyətləri tətbiq edəndən sonra xarici valyutada istehlak kreditlərinin həcmi azalıb. Ötən il istehlak kreditləri üzrə real azalma 2 mlrd. 350 mln. manat olub” – deyə, R.Aslanlı bildirib.
Mürtəza 
Gununsesi.info