
2016-cı doqquz ayında dövlət büdcəsiningəlirləri 12,09 milyard manat proqnoza qarşı 10,1 milyard manat və ya 16,5 faiz az icra olunub.
Gununsesi.info Maliyyə Nazirliyinə istinadən bildirir ki, ötən ilin müvafiq dövrünə nisbətən gəlirlərdə 2 milyard manat və ya 16.2 faiz azalma müşahidə olunur.
Xərclərə gəlincə, bu ilin doqquz ayın proqnozları 87,5 faiz və ya 10,6 milyard manat yerinə yetirilib. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 1.5 milyard manat və 12.6 faiz azalıb.
Yanvar-sentyabr aylarında büdcə defisiti 520 milyon manat təşkil edib.
Vüsalə Rüstəmova
Gununsesi.info