2016-cı ilin texnoloji irəliləyişləri - VİDEO

  • By admin
  • 05 Yanvar 2017 11:52

texno1

2016-cı ildə texnnologiya sahəsində bəzi mühüm irəliləyişlər və bir neçə cəhd isə uğursuz oldu. Özü idarə olunan maşınlar artıq yollara buraxıldı. Lakin bir neçə özəl kosmik kəşfiyyat şirkətinin raketləri uçuş buraxılışı zamanı qurğuda partladı. Amma buna baxmayaraq ümumən texnologiya sahəsinin təbii olaraq irəli addımladığını söyləmək mümkündür. Mütəxəssislərin dediyi kimi texnologiya parlaq gələcək vəd edir.

Özü-idarə olan maşın

Özü-idarə olan maşın

Elektrik avtomobilləri istehsalı daha güclü və əlverişliliyə doğru irəliləyir. Həmçinin maşın istehsalçıları özü-idarə olunan texnologiya sahəsində də diqqətəlayiq nailiyyətlər əldə edirlər. Bir neçə qəzalara baxmayaraq, avtomobil istehsalçıları və kirayə şirkətləri müxətlif özünüidarə səviyyələri olan maşınların istehsal olunması arzularından əl çəkmək fikrində deyillər.

“Gələcək üçün biz biz artıq milyonlarla insanın hər hansı bir situasiya ilə qarşılaşanda həmin situasiyaya necə reaksiya verdiklərini öyrənəcəyik və onların arasından özü idarə olunan maşınlar üçün ən münasib variantı seçəcəyik,” deyə Civil Maps şirkətinin baş icraçı direktoru Sravan Puttagunta bildirir.

2016-cı ildə həmçinin kiçik, böyük, humanoid və ya qəribə heyvanlara bənzər, bir sözlə desək, müxtəlif funksiyalı robotlar sahəsində ciddi irəliləyişlər əldə olundu. Bu robotların bəziləri adi insalarla yardım edir.

Robotik ekzoskeleton

Robotik ekzoskeleton

“Biz insanlara hava limanında gediş qapısını tapmağa və beləliklə təyyarəyə gecikməməyə yardım edirik,” deyə Şeldon robot danışır.

Amma Robotların əksəriyyəti hələ ki sınaq platforması olaraq istifadə olunur və alimlərə ən çətin proqram problemlərini çözməyə yardım edir.

Fəqət bəziləri artıq sənaye və elm səhəsində, hətta Marsın səthində belə işlər aparır.

Ən qabaqcıl robotlar, yəni dronların isə artıq insanların evlərinə dükan alış-verişini çatdıracağı gözlənilir.

Tibbi texnologiya sahəsində də irəliləyişlər olub. Bunlara misal üçün qığırdaq kimi daha az mürəkkəb toxumanın yenidən inkişaf etdirilməsindən tutmuş əlil insanların yenidən hərəkət etməsinə yardım edən beyin tərəfindən idarə olunan ekzoskeletonlar daxildir.

“Tutaq ki, əgər əlin qeyri-ixtiyari tərpənirsə, sən bunu göz hərəkəti ilə dayandıra bilərsən,” deyə Tubingen universitetindən Surco Soekadar bildirir.

3D printerləri isə indi artıq mürəkkəb maşın hissələri düzəltməyi də bacarırlar.

Ən böyük geriləmə isə özü-özünə partlayan batareyalı Samsung Note 7 smartfonunun buraxılışı idi. Samsung qısa zaman içərisində bu telefonları əvəz etsə də, problemi həll edə bilmədi, ona görə də, Note 7 tamamilə ləğv olundu..

Space X-in insansız raketi buraxılış qurğusunda partladı və kommerisya peyklərindən ibarət uçuş yükünün məhv olmasına, eləcə də şirkətin Alçaq Dünya Orbiti və Beynəlxalq Kosmik Stansiyaya müntəzəm kommersiya səyahətləri ilə bağlı planlarının səngiməsinə səbəb oldu.

2016-ci ilə həmçinin, belə desək, “ev yardımçıları” geniş yayıldı. Bunların sırasına səsli komandaları anlayıb musiqi səsləndirənlərdən tutmuş, internetdə məlumat axtarmağa kimi bir çox tapşırıqları yerinə yetirə bilən audio pleyerlər daxildir.

robot

Robot

IBM-in superkompyuteri olan Watson bütün dünyada həkimlərə müxtəlif layihələrdə yardım etdi. Bu layihələrdən biri də nadir xəstəliklərlə bağlı məlumatı toplayıb, onları təhlil etməkdir.

“Səhiyyə sahəsində biliklər ikiqat artacaq. Əgər biz bu biliklərdən faydalanmaq istəyiriksə, yardımçı sistemlərə və bu sistemlərdən istifadə etmək üçün proqramlara ehtiyacımız var.”

Bundan əlavə 2016-da kompyuter şəbəkələrində əhəmiyyətli dərəcədə zəifliklər müşahidə edildi. Böyük sayda özəl məlumatlar oğurlandı. Bu səbəbdən də ekspertlər 2017-ci ildə ən əsas texnologiya trendlərindən birinin kibertəhlkəsizliyin təmin edilməsi üçün artan səylər olacağını deyirlər.(amerikaninsesi.org )

Gununsesi.info