

2017-ci ildə Ələt-Astara magistralının tikintisinin başa çatdırlıması nəzərdə tutulur.
Gununsesi.info xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Milli Məclisdə 2017-ci il büdcəsinin müzakirəsi zamanı deyib.
Nazirin sözlərinə görə, 2017-ci ildə sosialyönülmlü və infrastruktur layihələrini həyata keçirilməsi davam etdiriləcək.
“Növbəti ildə Bakı Dəniz Limanıın növbəti mərhələsinin tikintisinin davam etdirilməsi nəzərdə gözlənilir. Bundan əlavə olaraq Ələt-Astara yolunun tikintisinin başa çatdırılması nəzərdə tutulur. Növbəti ildə sosoial layihələr üzrə xəstəxana və uşaq bağçalarının təmirinin başa çatdırılması, məktəblərin əsaslı təmiri və tikintisi ilə bağlı işlər davam etdiriləcək”.
Nazir onu da əlavə edib ki, 2017-ci ildə neft sektoruna 9,7 mlrd dollar, qeyri neft sektoruna 5,6 milyard dollar həcmində sərmayə qoyulacağı gözlənilir.
Mürtəza
Gununsesi.info