

2017-ci ildə Azərbaycanda təhsil sahəsinə ayrılan xərclər artırılsa da, səhiyyə, sosial müdafiə və sosial təminat sahəsinə isə xərclər azaldılır.
Gununsesi.info Maliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 2017-ci ilin dövlət büdcəsində təhsil sahəsinə ayrılan xərclərin həcmi 1,6 %, səhiyyə sahəsinə isə xərclər 6,6 % azaldılacaq. Bundan əlavə əhalinin aztəminatlı təbəqəsinə ayrılan xərclər də yetərincə azaldılacaq.Belə ki, bu sahədə xərclər 21,5 faiz azaldılacaq.
2017-ci ildə təhsil sahəsinə 1 mlrd 830,2 mln manat ayrılması nəzərdə tutulur ki, bu da, 2016-ci illə müqayisədə 29,3 mln manat çoxdur.
Səhiyyə sahəsinə isə ayrılan xərclər 55 mln manat azaldılaraq 830,8 ln manatdan 775,8 mln manata endiriləcək.
Əhalinin aztəminatlı sahəsinə ayrılan xərclər isə kəskin azaldılıb. Belə ki, 2 mlrd 117,7 mln manat nəzərdə tutulur ki, bu da 2016-ci illə müqayisə də 581,1 mln manat azdır.
Mürtəza
Gununsesi.info