2018-ci ildə “qanuni oğru”ların mübarizəsi daha da  GƏRGİNLƏŞƏCƏK

  • By admin
  • 05 Yanvar 2018 13:12

2018-ci ildə kriminal aləmdə böyük nüfuza sahib olan bir neçə “qanuni oğru”nun azadlığa çıxması “bütün bossların bosu” uğrunda mübarizəni daha da gərginləşdirəcək və kriminal aləm üçün çox “isti” il olacaq.

Gununsesi.info “rosbalt”a istinadən xəbər verir ki, 2018-ci ildə kriminal aləmdə vəziyyətin gərgin olmasını şərtləndirən bir sıra amillər mövcuddur.

Birincisi, 2018-ci ildə kriminal aləmdə nüfuza malik üç “qanuni oğru”nun azadlığa çıxması, ikincisi, 2017-ci ildə azadlığa çıxan və Türkiyədə məskunlaşan Nadir Səlifovun (Lotu Quli) öz təsir dairəsini  genişləndirməsi istiqamətində apardığı aktiv fəaliyyət, üçüncüsü, “bir nömrəli qanuni oğru” uğrunda mübarizənin davam etdirilməsidir.

“Quli” faktoru

2017-ci ildə kriminal aləmdə ən mühüm hadisələrdən biri “kriminal general” Nadir Slifovun (Lotu Quli) azadlığa çıxması hesab olunur. O, hazırda Türkiyədə öz klanını formalaşdıraraq “bir nömrəli qanuni oğru” adı uğrunda mübarizəsini davam etdirir. “Quli” öz nüfuz dairəsini Rusiyada bərpa etmək üçün nümayəndəsini, daha doğrusu qardaşı  “qanuni oğru” Namiq Səlifovu (Namiq Bakinski) Moskvaya göndərib. Moskvaya gələn Namiqin vəzifəsi Azərbaycan diasporasına kriminal aləmin bossunun “Quli”nin olduğunu anlatmaq olub. Mütləq əksəriyyət sakitcə “Quli”nin şərtlərini qəbul edərək, onu yeni “boss” kimi qəbul edib. Yalnız azərbaycanlıların sahib olduğu Kalujskiy şossesində yerləşən  ən iri bazarlardan biri “Quli”nin liderliyini qəbul  etməyib. Hansı ki, bu iri ticarət obyektini “Rövşən Lənkəranski”nin yaxın qohumu Zaur və bir zamanlar məşhur Pokrovski bazarını idarə edən Məhərrəm idarə edir. Zaur hələ də Rövşənin ölümündə “Quli”ni təqsirli hesab edir.

Məhərrəm isə uzun müddət Moskva ətrafındakı Pokovskidəki ticarət obyektini idarə edib. Bu obyekt bağlandıqdan sonra bir müddət kölgəyə çəkilib. Buna səbəb isə Zaxariy Kalaşovun (Şakro) ona yaxşı münasibətinin olmaması olub. Məhərrəm Şakro həbs edildikdən sonra yenidən Moskvaya dönüb. O hazırda Zaurla birgə Kalujski şossesindəki bazarı idarə edirlər.

Zaurla Məhərrəmin “Quli”nin birinciliyini qəbul etməməsi, onun xoşuna gəlməyib. Onların bu hərəkəti “Quli”nin vahid kriminal lider olmasını şübhə altına alan amil hesab edilib. Namiq bu məsələni həll edə bilməyib. Bu səbəbdən də “Quli”nin Moskvaya bir nömrəli lider kimi gəlişi mümkün olmayıb.

Nadir və Namiq Rusiyadakı fəaliyyətinin uğursuzluğunun əsas  günahkarlarını Zaur və Məhərrəmi hesab edirlər. Bu vəziyyət kriminal aləmdə heç də xoş gələcəkdən xəbər vermir. Vəziyətin mürəkkəbliyini və təhlükəli olduğunu anlayan Zaur və Məhərrəm ofislərinə ciddi mühafizənin müşaiyəti altında gedib-gəlirlər. Onlar ictimai yerlərdə bacardıqca az görünməyə çalışırlar. Hətta Rusiya hüquq-mühafizə orqanları da Zaur və Məhərrəmin “Quli”yə biyət etməməsindən sonra 2018-ci ildə bu iki qrup arasında “müharibə”nin olacağını gözləyirlər.

2018-ci ildə kriminal aləmdə “müharibə”nin qızışmasına səbəb çeçen əsilli David Alxanaşvilinin (Dato Pankiskiy) 2017-ci ilin dekabrında Türkiyədə öldürülməsi olacaq. Çünki Dato Türkiyədə müxtəlif kriminal dairələrlə iş adamları, eyni zamanda Çeçenistandan çıxan nüfuzlu şəxslər arasındakı problemləri həll edirdi. Dato həmçinin, çeçenlərin ən nüfuzlu “qanuni oğrusu” Aziz Batukayevlə (Aziz) çox yaxın olub. Buna görə də Dato bir neçə dəfə “Quli”nin qarşısına keçib. “Quli” isə hesab edir ki, bütün problem və çatışmazlıqlara Türkiyədəki iş adamları və mafiozlar birmənalı olaraq ona müraciət etməlidir. Nəticədə Dato güllələndi. Dato güllələnsə də, Türkiyədə hələ də xeyli kriminal avtoritet var və onların bir qismi, o cümlədən Merab Canqveladze klanının “Quli”yə qarşı münasibətləri elə də yaxşı deyil. Yaranmış bu vəziyyət 2018-ci ilin kriminal aləm üçün “isti” olacağını vəd edir.

“Tron” uğrunda müharibə

2018-ci ildə kriminal aləmdə müharibəni zəruri edən amillərdən biri də birincilik, yəni “tron” uğrunda mübarizə olacaq.

2017-ci ildə birinciliyi Şakro qorusa da, 2018-ci ildə bu ada “Quli” və digərləri də iddia edir. Buna səbəb Şakronun həbs olunması və uzun müddət azadlıqdan məhrum edilməsi, onun avtomatik olaraq birincilikdən gedəcəyinə işarədir. Buna görə də Şakro müvəqqəti olaraq öz varisi kimi Vasiliy Xristoforovu (Vasya Voskres) təyin edib. Voskres  slavyan qruplaşması arasında böyük nüfuza malikdir. “Quli”nin Voskresi özünə tabe etdirməsi isəböyük sual altındadır.

Gununsesi.info