Milli Məclisin plenar iclasında 2018-ci ilin büdcə zərfinin müzakirəsi bu gün davam edir.
Gununsesi.info xəbər verir ki, iclası spiker Oqtay Əsədov açıq elan edib.
Hökumət üzvlərinin də iştirak etdiyi iclasda sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi, İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi, 2018-ci il üçün ehtiyac meyarının həddi, 2018-ci il üçün yaşayış minimumu haqqında, o cümlədən Milli Məclis və Hesablama Palatasının 2018-ci il üçün xərclər smetaları müzakirə ediləcək.
Plenar iclasın yekununda 2018-ci ilin dövlət və icmal büdcəsi layihələrinin təsdiq ediləcəyi gözlənilir.
Gununsesi.info