2019-cu və 2021-ci illərdə keçiriləcək boks üzrə dünya çempionatlarının təşkil ediləcəyi yer müəyyənləşdi

  • By admin
  • 25 İyul 2017 22:45

aiba-boks

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinin yığıncağı keçirilib. Moskvada keçirilən tədbirdə kişi boksçular arasında 2019-cu və 2021-ci illərdə keçiriləcək dünya çempionatlarının təşkil ediləcəyi yer müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, bu iki mundialın təşkilatçılığına iddiaçıların müraciətlərinə baxılıb və qərarlar qəbul olunub. 2019-cu ildə keçiriləcək mundiala ev sahibliyi Rusiyaya verilib. Yarış Soçi şəhərində baş tutacaq.

2021-ci ildə keçiriləcək çempionat isə Hindistana həvalə edilib. Turnir ölkənin paytaxtı Yeni Dehlidə olacaq. Bu şəhər həm də qadınlar arasında 2018-ci ildə keçiriləcək qitə birinciliyinə də ev sahibliyi edəcək. 2019-cu ildə isə qadın idmançılar Türkiyənin Trabzon şəhərində qüvvəsini sınayacaqlar.

Qeyd edək ki, bu il keçiriləcək mundiala Almaniyanın Hamburq şəhəri ev sahibliyi edəcək. Avqustun 25-də start götürəcək yarış sentyabrın 3-də başa çatacaq.

Gununsesi.info