2020-ci ilədək Azərbaycanın Türkiyəyə yatırdığı investisiyanın həcmi 18 milyard dollara çatacaq - NAZİR

  • By admin
  • 21 Dekabr 2016 12:08

shahin-nazir

2020-ci ilədək Azərbaycanın Türkiyəyə yatırdığı investisiyanın həcmi 18 milyard ABŞ dollarına çatacaq.

Gununsesi.info xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev dekabrın 21-də Bakıda keçirilən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası İqtisadiyyat Nazirlərinin VI görüşündə deyib.

“Azərbaycandan Türkiyəyə yatırılan investisiyanın məbləği 8 milyard ABŞ dolları, Türkiyənin Azərbaycana yatırdığı investisiyanın həcmi isə 10 milyard dollar təşkil edir”- deyə, nazir qeyd edib.

Gununsesi.info