2020-ci il Azərbaycan tarixində şərəfli səhifə kimi qalacaq – Spiker

Milli Məclisin yaz sessiyasının 5-ci iclasıdır. Konstitusiyaya uyğun olaraq Nazirlər Kabineti hesabat verir.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.

HTML tutorial

O bildirib ki, 2020-ci il Azərbaycan dövlətçiliyi tarixində şərəfli hadisə kimi qalacaq: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində aparılan müharibə nəticəsində Qarabağ işğaldan azad edilib: “2020-ci ilin yekunlarına həsr edilən müşavirədə cənab Prezident qeyd etmişdi ki, şanlı qələbəmiz iradəmizi və xalqımızın gücünü, habelə sözümüz və əməlimiz arasında heç bir fərq olmadığını ortaya qoyub”.

Spiker xatırladıb ki, 2020-ci ildə bütün dünya ölkələri koronavirus pandemiyası ilə mübarizədə yaşayıb: “COVID-19 dünyada iqtisadi fəallığın zəifləməsinə, makroiqtisadi göstəricilərin aşağı düşməsinə səbəb olmuşdu. Amma ölkəmiz bu istiqamətdə ciddi addımlar atıb. Pandemiyadan əziyyət çəkən insanlarla bağlı işlər görülüb, habelə sahibkarlara dəstək göstərilib. Bu ağır şəraitdə qeyri-neft sektorunun 11 faiz artması ciddi uğurdur”.

Milli Məclis sədri əlavə edib ki, müharibə böyük maliyyə tələb edib: “Belə bir ərəfədə, dünya neft bazarında neftin qiymətinin aşağı olmasına baxmayaraq, ölkəmizin valyuta ehtiyatları qorunub saxlanılıb, hətta artırılıb. Həmçinin Cənub Qaz Dəhlizi tam istismara verilib. Azərbaycan qazı artıq Avropaya çatıb”.

Gununsesi.info