2020-ci ildən suni insan qanı istehsal ediləcək

  • By admin
  • 25 İyun 2016 10:06

Unnatural blood

 

HTML tutorial
Bir qrup yapon alimi 2020-ci ildən induksiya olunan gövdə hüceyrələrin (iPS-hüceyrələr) vasitəsilə süni qanın kütləvi istehsalını planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bu ilin aprelində “Megakaryon” şirkəti ilk uğurlu nümunələri yarada bilib. Korporasiyanın prezidenti Gendziro Miva Tokio Universitetinin professoru Hiromitsu Nakauti və Kioto Universitetinin professoru Kodzi Eto ilə süni qan yaradılması üzərində işə 2008-ci ildə başlayıb.

Tədqiqatçıların fikrincə, əhalinin yaşlanması şəraitində süni qan istehsalı çox vacibdir, çünki potensial donorların sayı kəskin azalıb. Bu texnologiya dünyanın qanköçürmə stansiyalarının təşkili üçün kifayət qədər şəraitin olmadığı regionlarında həkimlər üçün də vacibdir.

Hazırda “Megakaryon”un yalnız kiçik həcmdə süni qan istehsal etməyə imkanı var.