2020-ci ildə Azərbaycanda 32 437 nikah, 13 439 boşanma qeydə alınıb – RƏSMİ

  • By admin
  • 21 Yanvar 2021 13:29

Ötən ilin yanvar-noyabr aylarında 32 437 nikah qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Eyni zamanda ötən il rəsmi qeydiyyat orqanları tərəfindən 13 439 boşanma halları qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanmaların sayı isə 1,5 olub.

Gununsesi.org