2021-ci ildə bürclərin cibini nə gözləyir: Kim qazanacaq, kim itirəcək

  • By admin
  • 26 Dekabr 2020 22:19

Bürclər, Maliyyə

2021-ci il Öküz üstündə gələcək. Öküzlər təmkini ilə seçildiyi kimi, təhlükə hiss etdikdə dəliqanlılığı ilə də seçilir.

Qarşıdan gələn ildə maliyyə uğurları təmkinlə əldə edilə bilər. Dəliqanlı və riskli layihələrə baş vuranlar Öküzün buynuzları ilə qarşılaşacaqlar. Təmkinli olsanız, Öküz sizi öz belində maliyyə uğurlarına daşıyacaq.

2021-ci il üçün bürclərin maliyyə proqnozlarını təqdim edir:

Qoç bürcü Qoç bürcü

Qoç – Ziddiyyətlərlə dolu bir bürcdür. Qoçlar bir tərəfdən pul qazanmaq və ehtiyat fondu yaratmaq üçün istənilən qədər enerji sərf etməyə və istədiyini əldə etməyə hazırdır, digər tərəfdən xoşuna gələnləri əldə etmək üçün özünün və qonşusunun əynindəki sonuncu köynəyi də çıxarıb xərcləyə bilər.

Əgər 2020-ci ilin himayədarı olan Siçan belə davranışa təmkinlə yanaşırdısa, 2021-ci ilin Öküzü buna qarşı səbr nümayiş etdirməyəcək. Qoçlar 2021-ci ildə nizam-intizama və planlaşdırmaya alışmalıdır.

Amma ola bilər ki, sadəcə, “yoxlamaq” məqsədilə baş vurduğunuz biznes böyük uğurlara gətirib çıxarar. Bununla belə, daşınmaz əmlak, torpaq sahələri, həcmli borclarla bağlı əməliyyatları 2022-ci ilə saxlayın.

Buğa bürcü Buğa bürcü

Buğa – Maliyyə cəhətdən qorunmaq üçün yaxşı bir “təhlükəsizlik yastığı” qazana bilərdiniz, əgər başladığınız işləri sona çatdırmağı bacarsaydınız…

Buğalar iti mühakimə qabiliyyəti olan istedadlı iş adamlarıdır. Amma onların lazımi qədər səbri və inadkarlığı yoxdur.

Heç olmasa, yarım il ərzində öz ənənəvi əyləncələrinizdən imtina edin və maliyyə kapitalı toplamağa köklənin. Uğurlu işlərin başlanğıcı üçün ilin ortaları ən əlverişli zaman kəsimidir.

Yaxın dostlarınızla şərikli biznesdən uzaq durun. Ola bilər ki, onlardan birinin məsuliyyətsizliyi sizə böyük maliyyə zərbəsi vursun və nəticələri uzun müddət davam etsin.

Müntəzəm olaraq xeyriyyə işlərinə vəsait ayırın. İmkansız şəxsləri öz imkanlarınız çərçivəsində yardım edin. Bu davranış tərzi sizin enerjinizi artıracaq və nəticədə daha böyük xeyir gətirəcək.

Əkizlər bürcü Əkizlər bürcü

Əkizlər – Vaxtından əvvəl təşvişə düşmək Əkizlərin xasiyyətidir. Bir tərəfdən bu xasiyyət biznes üçün yaxşı cəhətdir – həmişə hər şeyə hazır vəziyyətdə olurlar, digər tərəfdən uzağa gedən prosesləri ləngidir, çünki əgər siz uzunmüddətli maliyyə planı qurmusunuzsa və biznesə baş vurmusunuzsa, təşvişə düşmək ən sonuncu məsələdir.

Biznesdə gözlənilməzliklər çox olur. Əsas odur ki, vəziyyəti təmkinlə araşdırın, istiqaməti düzgün müəyyən edin və təşvişə düşmədən ardıcıl olaraq məqsədə doğru gedin.

Ofisdə çalışan Əkizlər başlarından yuxarı tullanmasınlar. Yaxşı olar ki, əlavə qazanc yeri tapın. Baş vurduğunuz bütün qazanc cəhdləri sizi milyonçu etməsə də, maliyyə vəziyyətinizi yaxşılaşdıracaq.

Xərçəng bürcü Xərçəng bürcü

Xərçəng – Ehtiyatlı və qənaətcil Xərçənglər üşün Öküz əsl himayədar olacaq. Ona görə də bütün istiqamətlərdə işləri avand olacaq.

Çoxdan yaddan çıxmış pul vəsaiti də daxil ola bilər – borc, şəriklik payı, batmış bank əmanəti və s. Xərçənglər il ərzində uğurlu alış-verişlər edəcəklər.

Amma təmkinli olmaq lazımdır. Bəzən mümkün olduğundan daha çox qazanmağa çalışacaqsınız, Öküzlər isə belə davranışı sevmir. Çox da canfəşanlıq etməyin, həmişə tmkininizlə yola davam edin – səbrinizin bəhrəsini görəcəksiniz.

Şir bürcü Şir bürcü

Şir – İstədiyiniz kimi yaşamağa alışmısınız. Həyat prinsipiniz də belədir: “Varlılar kimi yaşamaq istəyirsənsə, varlılar kimi düşün və davran!”

Pul məsələlərində bu prinsip həmişə sizə uğur gətirib. 2021-ci ildə də belə olacaq. Şirlər yeni biznesə başlaya bilərlər, vəzifələri böyüyə bilər. Nəticədə 2021-ci ildə Şirlərin yaşam səviyyəsi artacaq.

Qazancınızı dəbdəbəli alış-verişə və ya ekzotik səyahətə xərcləyə bilərsiniz. Amma riskli oyunlarda, o cümlədən lotereyalarda iştirakdan və iri yatırımlardan çəkinin. Müflis ola bilərsiniz. Riskli təşəbbüslər Şirlər üçün uğurlu olmayacaq.

Qız bürcü Qız bürcü

Qız – Milyonçular arasında ən çox bu bürcün təmsilçiləridir. Səbəbi ağıllı, diqqətli və ardıcıl davranmalarıdır. Onlar öz mənfəətlərinin qayğısına qalırlar, alış-verişi yaxşı bacarırlar, qazanırlar və pul toplayırlar.

Hətta lotereyada cekpot udsalar da, əvvəlki kimi yaşamağa davam edəcəklər. Bu fəlsəfə Öküz ilində daha yaxşı səmərə verəcək. Qızlar hansı sahəyə baş vursalar, uğur qazanacaqlar. İlin ortalarında maraqlı layihə ortaya çıxacaq, topladığınız pulları həmin layihəyə sərmayə olaraq yatırıb ilin sonunda yaxşı qazancla çıxmaq şansınız olacaq.

Tərəzi bürcü Tərəzi bürcü

Tərəzi – Özünü varlı göstərməyi bacarırsınız. Sizin varlı, yoxsa kasıb olduğunuzu kənardan başa düşmək çətin olur.

İşlərinin necə getməsindən asılı olmayaraq Tərəzilər səxavətli adamlardır. Lazım gələrsə, sonuncu qəpiyini də verər.

Elə bu xasiyyətiniz 2021-ci iləd sizə uğursuzluq gətirə bilər. Səxavətinizdən sui-istifadə etmək istəyən adamlar tapılacaq. Daha sərt olmağı öyrənməlisiniz.

Öküz ilində intuisiyanıza daha çox etibar edin. Ürəyinizə daman fikirlər əksər hallarda doğru çıxacaq.

Əqrəb bürcü Əqrəb bürcü

Əqrəb – Anadangəlmə biznesmenlərdir. Pul onlar üçün məqsədə nail olmaq vasitəsidir. “Pulu pul gətirər” prinsipini ən yaxşı başa düşən və tətbiq edən bürc də elə Əqrəblərdir.

Əlinə pul düşən kimi dövriyyəyə buraxır. Özlərinə arxayındırlar, həmişə uğur qazanırlar. Bəzən başqalarını müflis edən biznesə yatırım edib qazanc götürə bilirlər.

Amma elə bu cəhətiniz 2021-ci ildə sizi fəlakətə sala bilər. Böyük məbləğlərlə risk etməyin. Borca girmək də lazım gələ bilər. Ağılla və minimum risklə hərəkət etsəniz, ilin sonunda qazancla çıxacaqsınız.

Qazancınızdan mütləq yaxın adamlara hədiyyələr alın. Bu yolla bəxtinizə təşəkkür etmiş olacaqsınız.

Oxatan bürcü Oxatan bürcü

Oxatan – Gələn il Əqrəblər indiyədək özlərinə də bəlli olmayan imkanlarını başa düşəcək və irəliyə doğru sıçrayış edəcək.

Hansısa yeni bir ideya və ya layihə sizə böyük qazanc gətirə bilər. Bu yolda sizə yalnız təmkinsizliyiniz mane ola bilər. Ona görə də işə başlamazdan əvvəl düşünülmüş bir plan qurun və nə olursa, olsun, həmin plana uyğun yola davam edin. Ürəyinizdə şübhələr baş qaldırsa da, başladığınız işi yarı yolda buraxmayın. Lazımsız xərclərdən qaçın.

Oğlaq bürcü Oğlaq bürcü

Oğlaq – Son bir neçə il ərzində məqsədə doğru irəliləməyə o qədər başınız qarışıb ki, cari tələbatlarınız da yadınızdan çıxıb. Öküz ilində öz ehtiyaclarınızı qarşılamaq üçün imkanınız olacaq.

Təmir, dişlərinizin müalicəsi, şuba almaq, avtomobilinizi təzələmək və s. uzunmüddətli arzularınızı həyata keçirmək üçün uğurlu ilə qədəm qoyursunuz. Enerjiniz bunlara nail olmağa imkan verəcək.

Əyləncələrə xərcləri azaldın. Dostlarla məclisləri də azaldın. Söhbət xərclərdən getmir, itirdiyiniz enerjidən gedir. Gələn il üçün gücünüzü və ağlınızı toplamağınız lazımdır. Qarşıdakı ildə sizi maliyyə zirvələri gözləyir, sadəcə, inadla yuxarı qalxmaq lazımdır.

Dolça bürcü Dolça bürcü

Dolça – Dolanışığınız ünsiyyət bacarığınızdan asılıdır. Çünki gəlirləriniz məhz ünsiyyət olduğunuz adamlardan daxil olur.

İşgüzar əlaqələr qurmağı və dostlaşmağı bacarırsınız, münaqişələri yoluna qoya bilirsiniz.

Həmişə pulunuz olacaq. Amma maliyyə okeanında təkbaşına yaşaya bilməzsiniz. Həyatınzda yeni adamlar peyda olacaq və sizə maliyyə adalarının yerini göstərəcək. Yeni təşəbbüslər əlavə qazanc gətirəcək. Əsas odur ki, xırda detallara çox da vaxt itirməyəsən və uzaqdan gördüyün maliyyə resurslarına doğru səbrlə irəliləyəsən.

Balıq bürcü Balıq bürcü

Balıq – 2021-ci ildə maliyyə perspektivləriniz ağlasığmaz dərəcədə genişdir. İmkanlardan birini belə əldən versəniz, peşmançılığını çəkəcəksiniz.

İdeyalarınızı ətrafdakılarla paylaşın. Özünüzə ciddi görünməyən bir ideya dostlarının izahında real layihəyə çevrilə bilər. Ağıl ağıldan üstündür…

Amma başqalarının planlarına ehtiyatla yanaşın. Bütün təklifləri düşünmədən qəbul etməyin. Bacarıq və təcrübənizi tələb edən layihələr qazanc gətirəcək. Bacarmadığınız və tanış olmayan sahələrə baş vurmayın.

Muzdla işləyən Balıqlar karyerada uğur qazanacaqlar.Yeni təkliflər olacaq. Gücünüzə inanın. Ulduzlar bu imkanları sizin üçün hazırlayıb.

Gununsesi.info