2021-ci ildə Türkiyəni 5 milyon rusiyalı turist ziyarət edib

  • By admin
  • 29 Dekabr 2021 23:33
Bu il ərzində təxminən 5 milyon rusiyalı turist Türkiyəni ziyarət edib ki, bu da ötən ildəkinə nisbətən iki dəfə çoxdur.
Gununsesi.info  xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Türkiyədəki səfiri Aleksey Yerxov məlumat verib.
“Başa çatmaqda olan ili turizm sahəsində kifayət qədər uğurlu hesab etmək olar. Bunu statistika da göstərir. Hələ ki, dekabr ayı sona çatmayıb və bu ay üçün məlumatlar yoxdur, amma ümumilikdə mövcud rəqəmlər özü-özlüyündə kifayət qədər diqqəti cəlb edir. Cari ildə Türkiyəni təxminəm 5 milyon rusiyalı turist ziyarət edib. Bu, ötən ildəkinə nisbətən iki dəfə çoxdur”,-səfir rusiyalı jurnalistlərə danışıb.
Onun sözlərinə görə, turist axınının əsas hissəsi Türkiyənin cənub kurortlarına düşüb.
“Bu, kurort otellərinin əsas hissəsinin cəmləşdiyi yalnız iki bölgəsidir. Yəni iki bölgəyə 4, 2 milyon turist düşür. Cəmi bir il ərzində bütün ölkələrdən 9 milyon turist qeydə alınıb, yəni  əcnəbi turistlərin 40 faizi rusiyalıların payına düşür. Bu, böyük rəqəmdir və biz burada birinci yerdəyik”,-Yerxov belə deyib.
Diplomat əlavə edib ki, pik aylarda- iyul ayından sentyabr ayınadək sutka ərzində Rusiyanın 40 regionundan 150 təyyarə reysləri həyata keçirilib ki, bu da hər gün 30 min rusiyalının istirahətə gəlməsi deməkdir.
“Turistlərin pik axınının müşahidə edildiyi avqust və sentyabr aylarında hər ay bir milyon rusiyalı turist istirahətə gəlib. Heyrət doğuran rəqəmlərdir və təbii ki, bütün bunlar turizm sənayesi tərəfindən, turistləri qəbul edən və burada onların istirahətini təmin edənlər, ilk növbədə bizim cənubdakı konsulluğun əməkdaşları tərəfindən həmişə olduğu kimi daha çox əzmkarlıq və fədakarlıq tələb edib”,-səfir vurğulayıb.
Gununsesi.info