2021-ci ildə yaddaqalan təyinatlar

  • By admin
  • 31 Dekabr 2021 15:00

2021-ci il ölkəmizdə yeni təyinatlarla da yadda qaldı.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Cəlilabad və Şəmkir rayonlarına 2021-ci ildə yeni icra başçıları təyin edildi.

Cəlilabad rayonunun həbsdə olan icra başçısı Namiq Zeynalovun yerinə Rafiq Cəlilov, Şəmkir rayonun həbsdə olan icra başçısı Alimpaşa Məmmədovun yerinə isə Rəşad Tağıyev təyin edildi.

2021-ci ildə ölkəmizdə vəzifəyə təyin olunan xanım icra başçısı da oldu. Mahirə Adnayeva Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi.

Qeyd edək ki, M.Adnayevadan əvvəl həmin vəzifəni Həbib İbrahimov yerinə yetirirdi.

Gununsesi.info