2021-ci ilin ən fəal deputatları - ADLAR

Parlament Jurnalistləri Birliyi (PJB) altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2021-ci ildəki fəaliyyətinin qiymətləndirilməsi üçün parlamentdə akkreditasiya olunmuş jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrini açıqlayıb.

PJB-nin sədr müavini Aqil Aslan Modern.az-a bildirib ki, ənənəvi olaraq hər ilin sonunda deputatların illik fəaliyyəti ilə bağlı sorğu keçirirlər. Onun sözlərinə görə, bu, PJB-nin sayca 15-ci sorğusudur:

HTML tutorial

“Bu sorğu da öncəki illərdə olduğu kimi 4 nominasiya üzrə aparılıb.

Sorğu nəticəsində Milli Məclisin 2021-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari və gündəlikdə duran məsələlərin müzakirəsində ən fəal iştirak edən deputatlar, seçici hüquqlarını müdafiə edən ən fəal deputatlar, ölkəmizi beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputatlar, qanunvericilik təşəbüsü ilə çıxış edən ən fəal deputatlar müəyyənləşib”.

“İlin ən fəal deputatı” nominasiyasının qalibləri Sahibə Qafarova, Əli Hüseynli, Vahid Əhmədov, Fazil Mustafa və Tahir Kərimli olub. Bu nominasiyanın qalibləri Milli Məclisinin 2021-ci ildəki fəaliyyəti dövründə plenar iclaslarda cari məsələlərin və gündəlikdə duran məsələlərin müzakirəsində fəallıqlarına görə müəyyən ediliblər.

“Qanunvericlik təşəbbüsü ilə çıxış edən ən fəal deputat” nominasiyasının qalibləri isə Tahir Mirkişili, Qüdrət Həsənquliyev və Erkin Qədirli olub.

“Seçici hüquqlarını müdafiə edən ən fəal deputat” nominasiyasının qalibləri Qənirə Paşayeva, Sabir Rüstəmxanlı, Zahid Oruc, Razi Nurullayev və Aqil Abbas olub. Bu nominasiyanın qalibləri Milli Məclisinin 2021-ci ildəki fəaliyyəti dövründə seçicilərin üzləşdikləri çətinliklərin həllinə yardımçı olduqlarına, həmçinin seçicilərin problemlərini parlamentdə qaldırdıqlarına görə müəyyən ediliblər.

“Azərbaycanı beynəlxalq təşkilatlarda təmsil edən ən fəal deputat” nominasiyasının qalibləri Azay Quliyev, Cavanşir Feyziyev, Kamran Bayramov və Soltan Məmmədovdur.

 

Gununsesi.info