2022-ci ildə ən çox bu mahnıları eşitdik -VİDEO

Geridə qoyduğumuz ildə bir çox mahnılar trend olub, müxtəlif sosial şəbəkələrdə, xüsusilə də “TikTok”da müxtəlif çarxlarda istifadə olunub.

“Qafqazinfo” həmin mahnıların siyahısını hazırlayıb.

Baxış sayları yutub platformasından götürülüb.

İlin ilk trend mahnısı Aysun İsmayılovanın “Alın yazım”ı olub. Yanvarın 29-da təqdim olunan klip indiyədək 20 milyondan çox baxılıb. Klipdə Aysunun həyat yoldaşı Eşqin Cəlilov da yer alıb.

Nazryn – “İlahi” (9 mart, 6,9 milyon)

Rəşad Dağlı & Paster – “Şir həmişə şirdi” (10 mart, 4,5 milyon)

Nəfəs – “O mənimdir” (25 may, 9,7 milyon)

Zaur Baxşəliyev & Afşin Azəri – “Eşq yəni” (6 iyul, 3,4 milyon)

Hiss – “Çək” (15 iyul, 3,3 milyon)

Üzeyir Mehdizade & Sevcan Dalkıran – “Mənə gəl” (21 iyul, 16,6 milyon)

Sevil Sevinc & Nurlan Təhməzli – “Turkish Mashup” (24 iyul, 6,9 milyon)

Röya Ayxan & Nicat Rəhimov – “Dəli kimi” (9 sentyabr, 7 milyon). Mahnı “Milli Dalğa-2022” mükafatına layiq görülüb.

Elvin Babazadə – “Nəyi var” (9 sentyabr, 17,6 milyon)

Damla – “Mən razı” (7 oktyabr, 13,5 milyon)

Çingiz Mustafayev – “Vay-vay” (3 noyabr, 1,2 milyon)

Aygün Kazımova – “Qorxuram” (23 dekabr, 634 mindən çox)

Gununsesi.info