2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər təsdiqləndi

Parlament “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib.

HTML tutorial

Komitə sədri bildirib ki, büdcə sənədi parlamentdə geniş müzakirə edilib, onlarla deputat bu barədə fikrini söyləyib. O, həmkarlarını layihəni dəstəkləməyə dəvət edib.

Milli Məclis 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihəni üçüncü oxunuşda müzakirəyə çıxarıb.

Qanun layihəsini Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

Qeyd edək ki, Fondun gəlirləri və xərcləri bərabər olmaqla 299,5 milyon manat və ya 5,6 faiz artaraq 5 milyard 606 milyon 300 min manat tövsiyyə edilir.

Gununsesi.info