“2022-ci ili 74 rubl 1 dollarla başlayan Rusiya eyni kursla da başa vurur. 2023-cü il rus rubli üçün ağır il olacaq”.
Gununsesi.info bildirir ki, bunu tanınmış iqtisadçı alim Qubad İbadoğlu özünün sosial şəbəkə hesabında yazıb.
İqtisadçı deyir ki, Urals markalı rus neftinin 1 barelinin qiyməti hazırda Brent markalı neftin qiyməyindən 30 dollar ucuz satılır:
“Bu və digər səbəblərdən də 2021-ci ili profisitlə başa vuran rusiya büdcəsi 2022-ci ildə ÜDM-in 2 faizi qədər defisitlə üzləşib. Amma buna baxmayaraq Putin minimum əmək haqqının 16242 rubl təyin edilməsinə fərman verib. Azərbaycana gəlincə, 11 ayda 3 milyard manat profsiitə (artıq büdcə vəsaitinə) malik olan ölkədə minimum əmək haqqı (300 manat) və minimum pensiya məbləği (240 manat) dəyişməz saxlanılır”.
Afət Abbasova
Gununsesi.info