
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hazırladığı “Dünya Ərzaq Təhlükəsizliyi” hesabatı açıqlanıb.
Gununsesi.info-nun qurumun saytına istinadən verdiyi xəbərə görə, ötən il münaqişələr, iqlim dəyişikliyi və iqtisadi böhranlar səbəbindən dünyada hər 11 nəfərdən biri, Afrikada isə hər beş nəfərdən biri aclıqla üzləşib. Sənəddə deyilir ki, dünya 2030-cu ilə qədər aclığı aradan qaldırmaq məqsədindən çox uzaqdır.
Məlumatlar göstərir ki, 2023-cü ildə təxminən 733 milyon insan, yəni dünyada hər 11 nəfərdən biri və Afrikada hər beş nəfərdən biri aclıqla üzləşib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş iqtisadçısı Maximo Torero, “713 milyondan 757 milyona qədər insan xroniki qida çatışmazlığından əziyyət çəkir və aclıqla üzləşir. Bu, dünyada hər 11 nəfərdən birinin aclıq çəkməsinə bərabərdir” deyə bildirib.
Günay Mahirqızı
Gununsesi.info