İspaniyanın sənaye və turizm naziri Jordi Hereu bildirib ki, 2023-cü ildə ölkəyə gələn turistlərin sayı 84 milyonu keçib ki, bu da indiyədək ən yüksək göstəricidir.
Gununsesi.info xəbər verir ki, mətbuata açıqlamasında Hereu Covid-19 virusunun yayılmasından əvvəl 2019-cu ildə maksimuma çatan turist sayının 2023-cü ildə 19 faiz artdığını söyləyib.
Statistikaya görə, 2019-cu ildə ölkəyə gələn maksimum turist sayının 83,5 milyon nəfər olduğuna diqqət çəkən nazir Hereu 2023-cü ildə bu rəqəmin aşılaraq 84 milyona yüksəldiyini qeyd edib.
Nazir həmçinin bildirib ki, 2023-cü ildə turizmdən ümumi gəlir əvvəlki illərlə müqayisədə 2019-cu illə müqayisədə 17,4 faiz və 2022-ci ilə nisbətən 23,8 faiz çox olmaqla 108 milyard avronu keçib.
İspaniyalı nazir əlavə edib ki, hər hansı xüsusi xarici amilləri nəzərə almasaq, 2024-cü ildə rekord sayda turist və turizm gəliri gözlənilir.
Rəsmi dəqiq turizm məlumatları gələn həftə Milli Statistika İnstitutu (INE) tərəfindən açıqlanacaq.
Digər tərəfdən, Madridin 2026-cı ildən Formula 1 yarış təqviminə daxil ediləcəyi və bu barədə rəsmi açıqlamanın yanvarın 23-də veriləcəyi məlum olub.
Madrid Muxtar Hökumətinin rəhbəri İzabel Ayuso deyib: “Madrid dünyanın ən yaxşı Formula 1 trası olacaq. İlkin hesablamalara görə, Formula 1 yarışı Madrid iqtisadiyyatına 4,5 milyard avro gəlir gətirəcək və 8200 nəfəri işlə təmin edəcək.Yarış günü 800 min turistin gələcəyi gözlənilir”.
Gununsesi.info