2023-cü ildə Türkiyənin xarici siyasətini hansı çətinliklər gözləyir?

  • By admin
  • 02 Yanvar 2023 15:49

2023-cü ildə tarixinin ən önəmli siyasi seçkilərindən birini yaşayacaq olan Türkiyə yeni ildə çətin və sıx qrafikli bir xarici siyasət gündəmi ilə uğralşmalı olacaq.

Türkiyənin Rusiya-Ukrayna savaşınının bəlli etdiyi geopolitik qazancları, Qərblə münasibətlərində tarazlığı itirmədən davam etdirmək istəyəcəyi bu sənədə Yunanıstan və Suriya ilə başlıqlarının yaxınlaşan seçkilərdən necə təsirlənəcəyi maraq mözvularındandır.

 

Gununsesi.info xarici mətbuata istinadən 2023-cü ildə Türkiyənin xarici siyasətini gözləyəcək çətinlikləri sizə tərcümə ilə təqdim edir.

Amerika ilə F-16 satışı problemini həll etmək istəyən Türkiyənin İsveç və Finlandiyanın NATO-ya qatılma təsdiqi haqqında verəcəyi qərarı Qərblə münasibətlərində önəmli bir göstərici olacaq.

24 febral 2023-cü ildə ilk ilini tamamlayacaq olan Rusiya-Ukrayna müharibəsi 2022-ci ildə olduğu kimi, yeni bir ilin ən önəmli olayı olmağı davam etdirəcək. Davam edən bu toqquşma NATO üzvü olan, ancaq eyni zamandaı Rusiya ilə çox yaxın siyasi-iqtisadi və enerji əlaqələri içindəki Türkiyə baxımından 2023-cü ilin ən önəmli mövzu başlıqlarından biri olmağa davam edəcək.

Müharibənin başladığı gündən bəri Ukrayna və Rusiya ilə təmasda qalmağa qayğı göstərən, Qərbin basqılarına baxmayaraq. sanksiyalara qatılmayan Türkiyə bir tərəfdən döyüşən tərəflər arasında atəşkəs və qalıcı barışıq üçün vasitəçilik edərkən, digər tərəfdən savaşın yaratdığı qlobalı qida böhranı üçün dövrəyə girmişdi.

Bu iş nəticə verdi və 12 iyulda BMT-nin də qatıldığı Rusiya-Ukrayna dörd tərəf arasındakı Taxıl Anlaşması imzalandı.

Prezident Ərdoğanın həm Zzelinski, həm də Putinlə təmaslarını davam etdirməsi, bu müharibənin barışıqla bitməsi üçün ev sahibliyi təklifi etməsi də Türkiyənin xarici siyasətdə rolunu bir qədər də artırdı.

 

Ankaraya sanksiya basqısı arta bilər

Rusyanın Ukraynaya hücumuna sərt təpki verən Amürika, Avropa Birliyi, İngiltərə və digər Qərb ölkələriardı-ardına sanksiyalar açıqlamağa başladılar. Türkiyənin prisnsipial  yanaşması isə, yalnızm BMT TŞ-də alınan sanksiya qərarlarını yerinə yetirmək olduğunu vurğulaması oldu. Rəsmi Ankara Rusiyaya qarşı təktərəfli önləmləri yerinə yetirməyəcəyini açıqladı.

Bu dönəmlərdə Türkiyə və Rusiya arasındakı ticarətin yüzdə 150 % artış göstərməsi, Türkiyədə açılan rus şirkətlərinin sayının sürətlə artması, rus oliqarxlarının sıx-sıx Türkiyədə görülmələri Qərbin sanksiyalarının Türkiyə üzərindən dəlindiyi iddialarını gündəmə gətirdi. Amerika və Avropa Birliyindən olan yüksək səviyyəli yetkililər Ankara və İstanbulda görüşdükləri hökumət rəsmiləri və özəl sektor təmsilçilərinə sanksiyaların dəlinməsi durumunda özlərinin də zərər görəcəklərini vurğuladılar.

Ankaradakı dəyərləndirmələr sanksiyalarla bağlı basqıların 2023-cü ildə də artaraq davam edəcəyi yönündədir. Ancaq Türkiyənin seçki oramını təsirləndirəcək bir durum yaratmaqdan qaçılan Qərb ölkələrinin Türkiyəyə qarşı sanksiya tətbiq etməyi seçmələyəcəkləri proqnozlaşdırılır.

Suriyaya növbəti hərbi əməliyyat ediləcəkmi?

Prezident Ərdoğan 2022-c ilin kabinet toplantısından sonra etdiyi açıqlamasında 2023-cü ilin gündəm başlıqları arasında “terrorla mübarizənin üst sıralarda yer alacağını” söyləməsi, özəlliklə Suriyanın şimalında yer alan qrupların hədəf alınacağını vurğulaması yeni gözləntilər olaraq yaddaşlarda qaldı.

XİN başçısı Mövlud Çavuşoğlunun 29 dekabrda keçirdiyi mətbuat konfransında Suriya ilə siyasi görüşlərin hərbi əməliyyatları əngəlləməyəcəyini vurğulaması da, növbəti ilin adddımlarını cızmaq üçün ip uclarıdır.

Suriya ilə təmas

Türkiyə bir yandan əsgəri hərəkətliliyi gündəmdə tutarkən, digər yandan da Suriya ilə 2011-ci ildən bəri ilk siyasi təmasını da, 2022-ci ilin son günlərində Rusiyanın ev sahibliyində gerçəkləşdirdi.

Həmin toplantıda Rusiya-Türkiyə-Suriya üçlü mexanizmasının itirakçıları arasında Türkiyə Müdafiə Naziri Hulusi Akar, Milli Kəşfiyyat Təşkilatının başçısı Hakan Fidan, Suriya Müdafiə Naziri Əli Mahmud Abbas və Suriya Kəşfiyyat yetkililəri ilə bir araya gəldilər.

Çavuşoğlunun da söylədiyi kimi, “tərəflərin bundan sonrakı dönəmdə XİN başçıları səviyyəsində görüşmələri, gerçək nəticələrin ortaya çıxacağı durumda, yenə Rusiyanın ev sahibliyində Prezident Ərdoğan və Suriya Prezidenti Bəşər Əsədin görüşləri proqnozlaşdırılır.

Ankara Dəməşqlə danışıqlarda terrorla mübarizə, köçkünlərin geri dönüşü mövzusunu ilkin olaraq ələ alır. PKK və YPG Terror Təşkilatları mövzusunda Dəməşq rəhbərliyini işbirliyi etmək istəyəcəyi durumunda Türkiyənin Suriya ilə ortaq addımlar ata biləcəyi vurğulanır.

Türkiyənin Suriya ilə bu yöndə atacağı addımlar – Suriyanın şimalında YPG ilə ortaq olan Amerikanı necə təsirləyəcəyi də, bunun Ankara-Vaşinqton dialoquna necə əks olunacağı izlənəcək başlıqlar arasında olacaq.

Seçkiyə geden Afina ilə gərginlik

Yunanıstan Baş naziri Kriakos Miçotakisin 2022-ci ilin baharında Amerikaya etdiyi səfər zamanı Konqresdən Türkiyəyə ediləcək F-16 satışının təsdiqlənəməsi çağırışını etməsi Ankara-Afina münasibətlərində son dönəmin ən gərgin tarixini başladan gəlişmə-yenilik olaraq görülmüşdü.

Qarşılıqlı ittihamların gedərək artdığı bu dönəmdə Türkiyə Yunanıstanı qeyri-əsgəri statusdakı adaları silahlandırmaqda suçlamış və bu adaların suverenliyinin mübahisəyə açıq olduğunu vurğulamışdı.

Konqres F-16′-lara təsdiq verəcəkmi?

Rusyanın Ukraynaya başlatdığı hücumun ən önəmli təsirlərindən biri Amerika ilə münasibətlər baxımından oldu. Türkiyənin müharibə boyunca izlədiyi politikalar Amerikada Türkiyəyə qarşı çıxışların azalmasını və tərəflər arasında dialoqun artmasını təmin etdi.

2022ci ildə Ərdoğan və ABŞ Prezidenti Co Baydan görüş gerçəkləşdirdilər. F-16 döyüş təyyarələrinin satılmasını ələ aldılar. Mexanizma içində iki ölkə nazirlərinin yanvar ayında görüşməsi proqnozlaşdırılır.

Türkiyənin 2023-cü ildə ən ğnəmli gözləntilərindən biri Amerika Konqresindən F-16 satışını təsdiqlətməsi olacaq.

İsveç və Finlandiya NATO-a qatılacaqlarmı?

2023-cü ilin ən önəmli yeniliklərindən biri İsveç və Finlandiyanın NATO-ya üzvlük istəkləri olacaq. 30 NATO ölkəsindən, yalnız Türkiyə və Macarıstannın parlament təsdiqini vermədiyi hər iki ölkə NATO-nun qapısında gözləməkdədir. Onlar bu prosesin tamamlanmasını istəyirlər.

Türkiyənin müddəti uzatması və təsdiq prosesin seçkilərdən sonraya buraxması ehtimalı Rusiyaya NATO-nu genişlədərək önəmli bir mesaj vermək istəyən Amerika və digə Avropa qüvvələrinin ən önəmli qayğı nöqtələrindən biridir.

NATO Baş katibi Yens Stoltenberq 2023-cü ilin başlanğıcında Finlandiya və İsveçin hərbi birliyə qatılacaqlarından əmin olduqlarını söyləymişdi.

Proseslərin necə dəyişəcəyi, özəlliklə, yeni ilin ilk aylarında diqqətlə izləniləcək mövzular arasında yer alır.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info