2023-cü ildə Ukrayna üçün ehtimal edilən ssenarilər – Kim qalib gələcək?

  • By admin
  • 28 Dekabr 2022 14:23

Müharibə 2023-cü ildə bitə bilərmi? Cəbhədəmi, müzakirə masasındamı sona çatacaq? Ya da 2024-cü ildə də davam edəcəkmi?

Bütövlükdə, bu şiddətli müharibə haraya doğru yönələ bilər? Nə kimi yeniliklər ola bilər? Bununla bağlı hərbi mütəxəssislər danışıb.

 

Beləliklə, Gununsesi.info xarici mətbuata istinadən Rusiya-Ukrayna savaşı üçün ehtimal edilən 4 ssenarini sizinlə bölüşür:

Rusiyanın bahar fəslindəki hücuları bəlli edici olacaq

İngiltərənin “Exeter” şəhərindəki Strateji Araşdırmalar institutundan Maykl Klark 

Böyük Avrasiya addımılarındakı bir ölkəni işğal etmək istəyən hər kəs, ən sonunda buradakı qışı keçirmək məcburiyyətində qalır. Napoleon, Hitler və Stalin qışda ordularını irəlilətmək məcburiyyətində qaldı və indi Rusiya Prezidenti Vladimir Putin bir yandan döyüşü cəbhədə gerilədir, digər yandan da hərbi güclərini bahar fəslindəki rus hücunları üçün mövqeləndirir.

Hər iki tərəfin də pauzaya ehtiyacı var. Ancaq İkrayna tərəi daha təchizatlı və davam etməyə daha yüksək ovqatlıdır. Ukraynalıların, ən azından Donbasdakı basqını davam etdirmələrin gözləyə bilərik.

Kreminna və Svatovedə rus birliklərini 65 km. geridəki təbii qorunma xəttinə, işğalların başladığı nöqtəyə geri atacaq böyük bir mərhələ əldə etməyə çox yaxındırlar.

Ukrayna çevik əldə edilə biləcək qazanc böyük olmasından dolayı, durmaqda istəksiz olacaq. Ancaq Ukraynanın irəliləyişi Xersonun ələ keçirilməsindən sonra cənub-qərbdə dayana bilər.

Ukrayna Dneprin şərq sahilinə keçib Rusiyanın qorunmasız qalan Krıma uzanan yol və dəmiryolları bağlantılarını basqı altına alması çox çətin ola bilər. Ancaq Kiyevin yeni bir sürpriz hücumu başlatması ehtimalı əsla inkar edilə bilməz.

Önümüzdəki ildə başlıca bəlli edici təsir Rusiyanın bahar hücumları olacaq. Putin yeni silah altına alınan 50 min əsgərin cəbhədə olduğunu qəbul etdi. Hələ yeni silahlandırılan 250 min əsgər də gələcək il üçün öyrədilmə prosesindən keçir.

Bu yeni rus birliklərinin cəbhədəki taleləri bəlli edilənədək üfüqdə daha çox savaşdan başqa bir şey yoxdur. Qısa və istiqrarsız bir atəşkəs isə başqa bir ehtimaldır. Putin dayanmayacağını dəqiq şəkildə söylədi. Ukrayna ölüm-qalım savaşını verdiyi…

‘Ukrayna, torpaqlarını geri alacaq’

Andrey Piontkovski, Vashinqton DC mərkəzi elm adamı və analitik

Ukryana, ən gec 2023-cü ilin bahar aylarında torpaq bütövlüyünü tamamı ilə qoruyaraq geri alacaq. Bu öncəgörməni iki təsir şəkilləndirir:

Birincisi, yeni savaş tarixində bənzərsiz olan Ukrayna ordusu və bir bütöv olaraq Ukrayna millətinin qərarlılığı və cəsarəti.

İkincisi isə rus lider Putinin illərlə güzəşt edilməsindən sonra qarşılaşdığı Qərbin tarixi meydan oxuması. Bu durum NATO Baş katibi Yens Stoltenberqin son günlərdəki bir açıqlamasında dəqiq sezilir:

“Bizim ödədiyimiz bədəl puldur. Ukrayna isə bunu qanla ödəyir. Avtoritar gücün mükafatlandırıldığını görərsə, hər birimiz daha böyük bir əvəz ödəyərik. Dünya hər kəs üçün çox təhlükəli bir yer halına gələr”.

 Önlənilməz Ukrayna zəfərinin zamanlamasını NATO-nun yeni əshəri hücum silahlarını nə qədər çeviklikdə verə biləcəyi(tanklar, təyyarələr, uzun mənzilli raketlər) bəlli edəcək.

Qarşımızdakı aylarda toqquşmaların köklənmə nöqtəsinin Melitopol olmasını gözləyirəm. Bu şəhəri alan Ukrayna tərəfi asanca Azov dənizinə irəliləyəcək, Krımla rabitə, nəqliyyat xətlərini kəsmiş olacaq.

Cəbhədəki dağıdıcı Ukrayna irəliləməsinin ardından rus güzəştləri rəsmən gerçəkləşdiriləcək texniki görüşmələrlə bəlli ediləcək.

Qalib ordulara Ukrayna, İngiltərə və Amerika yeni bir ölkələrarası təhlükəsizlik memarlığını şəkilləndirəcəklər.

“Üfüqdə bir son görünmür”

Barbara Zançetta, Müharibə Araşdırmaları Bölümü, King’s College London

Putin Ukraynanın daha güclü qonşusunun həmləsini başqa ölkələrin anlaşılan bir müdaxiləsi olmadan sakit şəkildə qəbullanacağını gözləyirdi. Bu böyük hesab xətası sonu üfüqdə görünməyən, uzanan bir savaşı özü ilə gətirdi.

Rus hücumları Ukraynanın infrastrukturunu hədəfə alıb da, onsuz da, sarsılmış olan xalqın ovqatını pozmağa çalışarkən qış çətin keçəcək. Ancaq Ukrayna xalqının dözümü qeydədəyərdir. Sıx duracaqlar, savaş uzanıb gedəcək.

Müzakirə ehtimalı azdır. Potensial bir barışıq anlaşması üçün, ən azından tərəflərdən birinin başlıca tələblərini dəyişdirməsi gərəkdir. Bunun olduğğuna, ya da yaxında olacağına dair bir işarə yoxdur.

Tamam, müharibənin sonu necə gələcək? 

Döyüşün həm insani, həm də maliyyə bədəli rus siyasi seçilmiş elitlərinin qərarlılığına təsir edə bilər. Rusiyanın içindəki yeniliklər bəlli edici olacaq. Amerikanın Vyetnamda, Sovetlər İttifaqının da Əfqanıstanda etdiyi keçmiş müharibələrdəki hesab xətalarında toqquşmalar, sadəcə bu şəkildə sonlandı. Hesab xətası edən ölkədəki iç politika şərtləri dəyişdi. “Qürurlu” olsa da, olmasa da, çıxış tək seçim halına gəldi.

Ancaq bu, sadəcə Qərbin müharibənin maliyyəsi ilə bağlı artan iç basqılara dözərək Ukraynaya dəstək vermək anlayışındakı sıx duruşu ilə ola bilər.

Əfsuslar ki, bu uzun bir siyasi, iqtisadi və əsgəri qərarlılıq savaşı olacaq. 2023-cü ilin sonunda da, böyük ehtimalla davam edəcək.

“Rusyanın uduzmasından başqa bir nəticə yoxdur”

Ben Hodqes, Amerikanın Avrupadakı güclərinin keçmiş komandiri

Kiyevdə bir zəfər keçidi planlamaq üçün çox erkəndir. Ancaq bütün sürət bu anda Ukraynanın lehinə bu savaşı, böyük ehtimalla 2023-cü ildə qazana biləcəklərinə heç bir şübhəm yoxdur.

Qış aylarında işlər daha yavaş irəliləyəcək, ancaq Ukrayna qüvvələrinin İngiltərə, Kanada və Almaniyadan gələn qış təchizatı ilə soyuqla daha asan mübarizə edəcəkləri şübhəsizdir.

Yanvar ayı etibarı ilə Ukrayna savaşın son mərhələsi olan Krımın geri alınmasına başlaya biləcək mövqedə olacaq.

Tarixdən öyrəndiyimiz budur ki, müharibə bir qərarlılıq və logistika sınağıdır. Ukrayna xalqının və əsgərlərinin qərarlılığını və Ukraynada sürətlə yaxşılaşan logistika duurmuna baxdıqda, Rusiyanın uduzmasından başqa bir nəticə gözləmirəm.

Qismən Rusiyanın Xersondan çəkilməsi məni bu sona götürdü.

Bu yenilik Ukrayna xalqı üçün psixoloji bir dəstək, Kreml üçün isə böyük bir utanc oldu. Ayrıca, Ukrayna güclərinə böyük bir əməlliyat üstünlüyü verdi.  Krıma bütün keçidlər Ukrayna silah sistemlərinin mənzili altındadır.

2023-cü ilin sonunda Krımın bütövünün Ukraynayanın nəzarətinə keçəcəyinə inanıram. Suverenlik isə Rusiyanın Sevastapoldakı təchizat varlığını məhrələli olaraq təxliyyə etməsinə yönəlik bir sözləşmə ilə mümkün olar. Bəlkə Krımın 2014-cü ildə Rusiya tərəfindən qanundankənar şəkildə ilhaq edilməsindən öncə var olan müqavilədə öncəgörülən müddətin (2025-ci il) sonlarına doğru.

Azov dənizi boyunca Ukrayna infrastrukturunun yenidən inşası davam edəcək. Bunlara Mariopol və Beryansk kimi önəmli limanlar da daxil.

Dneprdən Krıma su transfer edən Şimali Krım Kanalının açılması da, diqqətləri çəkəcək bir başqa layihə olacaq.

Dinyeper’den Kırım’a su aktaran Kuzey Kırım Kanalı’nın yeniden açılması da, dikkatleri çekecek bir başka proje olacak.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info