2023-cü ildə yeni layihələrə başlayacağıq

  • By admin
  • 28 Dekabr 2022 14:18

Hər bir ölkənin, o cümlədən Azərbaycanın iqtisadiyyatı üçün kiçik və orta biznesin (KOB) əsas dəyəri onun çevikliyi, məşğulluğu və iqtisadi sabitliyi təmin etməsidir.

Gununsesi.info xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

M.Cababrov qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə istənilən Azərbaycan vətəndaşının fəaliyyətinə xüsusi yanaşmalar hazırlanır:

“Ölkə iqtisadiyyatının diversifikasiyalaşdırılmasında KOB-ların rolu əvəzsizdir. Artıq işğaldan azad edilmiş ərazilərdə onlarla sahibkar çalışır. Yanvarın 1-dən tətbiq olunacaq güzəştlər, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulan layihələr məhz iqtisadi fəaliyyətin dayanıqlı və gəlirli olmasını təmin etməyə hesablanıb. Qeyd edək ki, 2023-cü ildə biz bir çox yeni layihələrin başlanmasının şahidi olacağıq”.

Gununsesi.info