2023-cü ildə Azərbaycanla Türkiyə arasında 15 milyard dollarlıq ticarət həcmi gözlənilir

  • By admin
  • 28 İyul 2021 12:32

Şuşa bəyannaməsi Türkiyə və Azərbaycan əlaqələrinə yeni yol xəritəsi verdi.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu bəyannamədə parlamentlərarası münasibətlərin də genişləndirilməsi nəzərdə tutulur:

“Bu həm ölkə, həm də bölgələrarası münasibətlərə dayanır. Bu bəyannamənin siyasi, iqtisadi anlamda Azərbaycan-Türkiyə münasibətlərini irəliyə daşıyacaq. 2023-cü ildə 15 milyard dollarlıq ticarət həcmi gözlənilir. Ümid edirəm ki, bu hədəfin üstündə daha artıq nəticələr ala bilərik”.