Fransa Prezidenti Emmanuel Makron Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasiminin təhlükəsizlik təhdidləri səbəbindən təxirə salına biləcəyini deyib.
İlkin olaraq oyunların açılışının iyulun 26-da Sena çayında baş tutacağı planlaşdırılır.
“Bizim B və C planlarımız var, onlar paralel olaraq hazırlanır. Vəziyyəti real vaxtda təhlil edəcəyik. Açılış mərasiminin “Trokadero” meydanı ilə məhdudlaşacaq variantı var”, – deyə dövlət başçısı bildirib.
Gununsesi.info