2024-cü ildə Azərbaycanın su ehtiyatları nə qədər AZALACAQ?

2024-cü ildə Azərbaycanda formalaşan şirin su ehtiyatlarının həcminin 1.8 faiz azalaraq 25 mlrd 100 milyon kubmetrə düşəcəyi proqnozlaşdırılır. 

 

Gununsesi.info Nazirlər Kabinetinin təsdiq etdiyi illik su təsərrüfatı balansına əsasən məlumat verir ki, bunun 16,680 mlrd kubmetri yerüstü suların, 8,420 mlrd kubmetri isə yeraltı suların hesabına formalaşacaq.

 

Öz növbəsində yerüstü suların 12,034 mlrd kubmetri transsərhəd çaylarının axınları ilə ölkəmizə daxil olacaq, 4,646 mlrrd kubmetri isə ölkə ərazisində yaranacaq.

 

Azərbaycanın illik su təsərrüfatı balansına əsasən 2023-cü ildə ölkəmizin illik su ehtiyatları 25,509 mlrd kubmetr təşkil edib. Son 5 ildə ən az su ehtiyatı isə 2020-ci ildə qeydə alınıb. Həmin dövrdə illik su ehtiyatları 23,243 mlrd kubmetr olmuşdu.

 

 

Gununsesi.info