Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri təsdiqlənib.
Gununsesi.info-nun xəbərinə görə, yeni qanunla gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi 270 manat götürüləcək.
2024-cü ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 287 manat olacaq. yaşayış minimumu pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində proqnozlaşdırılır.
Afət Abbasova
Gununsesi.info