2024-cü ilin fevral ayı hava müşahidələri tarixində ən isti ay olub.
Gununsesi.info xəbər verir ki, Avropa İttifaqının iqlim dəyişikliyi xidmətinin məlumatına görə, fevralda qlobal orta temperatur 13,54 dərəcə olub.
Bu rəqəm 2016-cı ildə qeydə alınan əvvəlki fevral rekordundan 0,12 dərəcə çoxdur.
Bundan əlavə, son 12 ayda dünyanın orta temperaturu rekord həddə çatıb.
Dekabr-fevral aylarında Avropada orta temperatur 1991-2020-ci illərin orta göstəricisindən 1,44 dərəcə yüksək olub. Bu, 2019-2020-ci illərin qışından sonra tarixdə ikinci ən isti qışdır.
Avropa İttifaqının iqlim dəyişikliyi xidmətinin direktoru Karlo Buontempo xəbərdarlıq edib ki, qlobal istiləşmə dayandırılmasa, dünyada rekord temperaturlar yaşanmağa davam edəcək.
Gununsesi.info