2025-ci ilə dünyada 5G şəbəkələrinə qoşulmaların sayı 1,4 milyard olacaq

2025-ci ilə dünyada 5G şəbəkələrinə qoşulmaların sayı 1,4 milyard olacaq

g5

2025-ci ilə dünyada 5G şəbəkələrinə qoşulmaların sayı 1,4 milyarda bərabər olacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə “Juniper Research” analitik şirkətinin proqnozunda deyilir. Lakin qeyd edilir ki, 2019-cu ildə yeni mobil texnologiyanın kommersiya istifadəsi üzrə birinci ildə 5G şəbəkələrinə qoşulmaların sayı təxminən 1 milyon təşkil edəcək.

Proqnoza görə, Çin, ABŞ və Yaponiya 5G şəbəkələrinə qoşulmaların sayı üzrə lider dövlətlər olacaqlar. 2025-ci ilə 5G şəbəkələrinə qoşulmaların ümumi sayının 55 faizi bu üç ölkənin payına düşəcək.

Analitiklər yeni simsiz texnologiyanın rabitənin keyfiyyətinə görə fiber optik xətlə rəqabət aparması üçün mobil operatorlara real iş şəraitində 5G şəbəkələrini genişmiqyaslı sınaqdan keçirməyi məsləhət görürlər.

“Maksimum sürəti və qoşulmanın etibarlılığını təmin edəcək şirkətlərin şəbəkələri “ARPC” (bir qoşulmadan götürülən orta gəlir) üzrə ən yüksək göstəricilərə nail ola biləcək ki, bu da operatorlara “5G” texnologiyasına yatırılmış investisiyalarını geri qaytarmağa imkan verəcək”, – deyə hesabatın müəllifi Sem Beyker bildirir.

Gununsesi.info

COMMENTS