2027-ci ildə manatın sabit qalacağı gözlənilir

  • Müəllif: Firuzə
  • 16 Sentyabr 2026 22:22

2027-ci ildə Azərbaycanda ABŞ dollarının məzənnəsinin 1,7 manat səviyyəsində qalacağı proqnozlaşdırılır.

Gununsesi.info xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2027-ci il üzrə büdcə proqnozlarında qeyd olunub.

Qeyd edək ki, Azərbaycanda milli valyutanın ABŞ dollarına nisbətdə məzənnəsi 2018-ci il martın 7-dən etibarən 1 dollar üçün 1,7 manat səviyyəsindədir.

Gununsesi.info