2050-ci ilə qədər 700 milyon insan vərəm xəstəliyindən dünyasını dəyişəcək - MƏLAHƏT İBRAHİMQIZI

  • By admin
  • 30 Yanvar 2018 12:54

“Tarix boyu insanların ölümünə səbəb olan ən vacib xəstəliklərdən biri vərəmdir”.

Gununsesi.info xəbər verir ki, bunu parlamentdə keçirilən “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycan Respublikasında vərəmlə mübarizə” mövzusunda dinləmədə Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.

Deputat bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının rəsmi məlumatına əsasən 2015-ci ildə dünyada vərəmdən ölənlərin sayı 1,5 milyondur: “Həmçinin 2050-ci ilə qədər 700 milyon insan vərəm xəstəliyindən dünyasını dəyişəcək”.

Gununsesi.info