“2070-ci ildə İslam dünyanın birinci dininə çevriləcək” - “PEV” ARAŞDIRMA MƏRKƏZİ

  • By admin
  • 03 Mart 2017 11:24

kebe

ABŞ-ın nüfuzlu araşdırma mərkəzlərindən olan “PEV” Araşdırma Mərkəzi yeni hesabatında bildirib ki, İslam dini 2070-ci ilədək dünyanın ən böyük dini ola bilər.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərkəzin araşdırmasına görə, 1,6 milyarddan artıq müsəlman yaşayır ki, bu da dünya əhalisinin təxminən 23 faizini təşkil edir.

Bekə ki, mərkəzin hesabatında bildirilir ki, İslam dini dünyada digər dinlər arasında ən sürətlə yayılan dindir. İslam dini 2070-ci ilədək dünyada ən çox tərəfdaşı olan dinə çevrilərək, xristianlıqdan önə keçəcək.

“PEV” Araşdırma Mərkəzi İslamın sürətlə böyüməsinin iki səbəbinin olduğunu qeyd edib:

Birincisi, müsəlman ailələrinin xristianlarla müqayisədə daha çox uşağa sahib olması.

İkincisi, İsamın  bütün digər dinlərlə müqayisədə daha gənc olması.

Hesabatda bildirilir ki, müslüman qadınların uşaq dünyaya gətirmə faizi 3,1 faizikən, diğər dinlərə mənsub olan qadınlarda isə bu, 2,3 faizdir.

Eyni zamanda, “PEV” Araşdırma Mərkəzi əhali arasında 9 dinlə bağlı nə hiss etdikləri mövzusunda sorğu da keçirib. Sorğuda Macarıstan, İtaliya, Polşa və Yunanıstanda yaşayan əhalinin əksəriyyəti müsəlmanlara qarşı mənfi rəy bildiriblər. Fransa, Almaniya, Böyük Britaniya və Şimali və Qərb Avropadakı digər ölkələrdə isə müsəlmanlar haqqında müsbət düşünənlərin sayı onlara nisbəti daha çox olub.

Hesabata əsasən, hazırda dünyanın ən çox müsəlman yaşayan ölkələri İndoneziya, Hindistan, Pakistan, Banqladeş, İran və Türkiyə də daxil olmaq üzrə Asiya-Sakit okean bölgələridir.

Hesabatda qeyd edilir ki, 2050-ci ilədək Avropada yaşayan müslümanların sayı artaraq, əhalinin 10 faizini müsəlmanlar təşkil edəcək.

Qeyd edək ki, hazırda ABŞ-da 3,3 milyon müsəlman yaşayır. Hesablamalar görə, bu ABŞ əhalisinin təxminən 1faizini təşkil edir. 2050-ci ilədək isə ABŞ-da müsəlman əhalinin sayının 2,1 faiz olacağı gözlənilir.
Anar
Gununsesi.info