Bakıda “Sədərək” ticarət mərkəzini su basıb.
Gununsesiaz.info oxu.az-a istinadən xəbər verir ki, dünən axşam saatlarından başlayan yağış Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində ciddi problem yaradıb, su mağazalara dolub.
Nəticədə, mərkəzin içərisinə güclü su axınları başlayıb, satıcıların əmlaklarına xeyli ziyan dəyib.
Ticarət mərkəzinin içərisindəki kanalizasiya xətlərinin də işləməməsi xırda gölməçələrin yaranmasına gətirib çıxarıb. Bu isə satıcılarla yanaşı, mərkəzə alış-verişə gələn insanlara da mane olub.