21 il öncə 15 dəqiqəlik öldü – Dirilərkən söylədikləri tüklər ürpətdi / FOTOLAR

  • By admin
  • 30 Yanvar 2023 17:45

Tam 21 il öncə 15 dəqiqəlik ölən, ancaq edilən müdaxilədən sonra təkrar həyata qayıdan qadın həmin müddətdə nələr gördüyünü anlatdı. Sözləri dünya mediasında qısa zamanda gündəm oldu.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 6 may 2001-ci ildə yaşanan olay zamanı keçirdiyi qəzada şüurunu itirdi.

Həyatını itirmək üzrə olan Lindanın hadisədən 21 il sonra söylədikləri isə qısa zamanda gündəm oldu.

 

15 dəqiqə öldü, “5 il keçdi”, dedi

Linda kliniki olaraq öldü olduğunu o anlara dair xatirladıqlarını illər sonra açıqlayıb. 15 dəqiqə boyunca ölü olduğunu və bu zaman tibb işçilərinin onu təkrar həyata qaytardığını vurğulayan Linda şüurunun 15 dəqiqəlik müddət içində nələr yaşadığını anlatdı.

O, həmin müddət boyunca cənnətə getdiyini, oradad 5 il qocaldığını bildirərək bunları deyir:

Sanki 5 il orada qalmış kimiyəm. Ora zaman qavramının olmadığı bir yerdir.

 

Youtube üzərindən yayımlanan reportaj 150 mindən çox adam tərəfindən izlənilib. Lindanın iddiasına görə, getdiyi yerdə, yalnız düşüncə gücü ilə hərəkət edərək məkan dəyişdirilir. getdiyi yerin nəyə bənzəməsi ilə bağlı isə qadın bunları söyləyir:

“Everest dağından 30 min dəfə daha böyük təpələr, dağlar vardı. Çiçək tarlası kimi bir yerdə idim. Göydələnlərin olduğu dağları görə bilirdim. Dubay oranın yanında miniatur kimi qalardı. Oradakı insanlarla rabitəyə keçdim, onlar da mənimlə danışdılar”.

Söylədikləri sənədli film halına gətirildi

Digər tərəfdən, Lindanın yaşadıqları “ölümə yaxın təcrübələri” “NDE Diary” tərəfindən qeyd altına alındı. Onun dosyesində bu ifadələrə yer verildi.

“Bəzi insanlar ölmək üzrəykən xəyal və yuxu görərlər. Hər birinin gördükləri eyni deyildir. Adamın yaşadığı həyat və ətrafa görə şəkillənərlər”.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info