21 mülki şəxsin ödürüldüyü hücumdan sonra Rusiyadan Ukraynaya sülh üçün 3 ŞƏRT

Rusiya ordusunun ötən gün Ukraynanın Vinnitsa şəhərinə atdığı raket hücumunda 3-ü uşaq olmaqla 21 nəfər həlak olub. Mülki əhalinin hədəf alındığı hücumdan sonra iki ölkə arasında iplər gərginləşib. Rusiya sülh razılaşmasına nail olmaq üçün Ukraynanın “neytral” və “qeyri-nüvə” olmasını şərt qoyub. Üçüncü tələb Krım üzərində Rusiyanın suverenliyinin tanınması və Donetsk və Luqanskdakı xalq respublikalarının statusunun tanınmasıdır.

Gununsesi.info xəbər verir ki, müharibənin ilk günündən əsas hədəfini ölkənin paytaxtı Kiyev olaraq təyin edən Rusiya şəhəri mühasirəyə alsa da, ala bilməyib, daha sonra hədəfini Ukraynanın şərqinə çevirib.

RƏKETLƏRLƏ  VURDULAR

Dünən Rusiya ordusu tərəfindən Ukraynanın Vinnitsa şəhərinə raket hücumu həyata keçirilib. Hücumda 3-ü uşaq olmaqla 21 nəfər həyatını itirib, 100-dən çox adam yaralanıb. Bu hadisədən sonra iki ölkə arasında yeni inkişaflar baş verib.

KÜLEBƏ TORPAĞI VERMƏKDƏN İMTİNA EDİR

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba hər hansı sülh sazişinin tərkib hissəsi kimi Rusiyaya ərazi verməkdən imtina edib və Moskva ilə Kiyev arasında sülh danışıqlarının olmadığını bəyan edib. “Ukraynanın bu müharibədə məqsədi torpaqlarımızı azad etmək, ərazi bütövlüyümüzü bərpa etmək və Ukraynanın şərqində və cənubunda tam suverenliyə nail olmaqdır”, – Kuleba bildirib.

RUSİYA TƏRƏFİNİN SÜLH ÜÇÜN 3 ŞƏRTİ VAR

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Kulebanın bəyanatından sonra Rusiyanın şərtlərini açıqlayıb. Ona görə də bəyanat Kulebaya cavab kimi qiymətləndirilib. Andrey Rudenko bəyan edib ki, sülh razılaşmasının əldə olunması üçün Ukrayna “neytral” və “qeyri-nüvə” statusuna malik olmalıdır. Rudenko Moskvanın Kiyevdən aydın cavab gözlədiyini də vurğulayıb.

Rusiyanın “İnterfaks” agentliyinin xəbərinə görə, Rusiyanın digər tələbi Rusiyanın Krım üzərində suverenliyinin tanınması və Donetsk və Luqanskdakı xalq respublikalarının statusunun tanınmasıdır.

Gununsesi.info