21 övlad doğan ana danışdı: “Sonunda rahatladım”+VİDEO

  • By admin
  • 14 Yanvar 2020 15:31
İngiltərədə yaşayan 44 yaşlı qadın 22-ci uşağına hamilə qaldığını, bu dəfə digər hamiləlikləri ilə müqayisədə daha rahat olduğunu söyləyib.

Gununsesi.org xəbər verir ki, İngiltərənin Morecambe şəhərində yaşayan və 21 doğuş keçirən ana doğulacaq 22-ci uşağını səbirsizliklə gözlədiyini deyib.

İngiltərənin ən böyük ailəsi olma adını qoruyan ailə, yeni doğulacaq uşaqları ilə bu adı uzun illər qoruyacaqlarını düşünür. 2004-cü ildə 240 min pounda aldıqları 10 otaqlı böyük evdə yaşayan ailənin ən böyük uşağının 30 yaşı, ən kiçiyinin isə 11 aylıq olduğu bildirilib.
Bir daha uşaq dünyaya gətirməyi düşünmədiyini deyən qadın bu dəfə qarnının daha kiçik olduğu üçün ağrı yaşamadığını və buna görə də özünü şanslı hiss etdiyini söyləyib.

 

Gununsesi.org