
Şəmkirdə bıçaqlanma olub.
Gununsesi.info-nun APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə, rayonun Keçili kənd sakini, 1995-ci il təvəllüdlü Ayxan Orucov kürək nahiyəsinin kəsilmiş deşilmiş yarası xəsarəti ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Dərhal əməliyyat edilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Şəmkir rayon Polis Şöbəsindən verilən məlumata görə, cinayətkarın şəxsiyyəti müəyyənləşdirilib, onun yaxalanması istiqamətində zəruri tədbirlər görülür.
Gununsesi.info