Salyan rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Gununsesi.info xəbər verir ki, rayonun Boranıkənd kənd sakini 2004-cü il təvəllüdlü İlqar İlham oğlu Əliyevi cərəyan vurub.
Ağır bədən xəsarətləri alan İ.Əliyev Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.













