2100 illik tarixə malik kompüterin sirri açıldı

  • By admin
  • 17 İyun 2016 12:50

kom2

 

Mütəxəssislər 12 illik araşdırmadan sonra 2100 illik tarixə malik kompyüterin sirrini çözə biliblər. Gununsesi.info xarici mətuata istinadən xəbər verir ki, bu kompyüter 1901-ci ildə Ağ dənizdəki kiçik Çuha (Antikythera) adasından balıqçılar tərəfindən tapılıb. Balıqçılar bu aparatı miladdan öncə 87-ci ildə batması təxmin edilən gəminin içindən taxta qutunun içindən tapıblar. Gəmidən digər zinyət aşyaları da tapılıb. Dünyanın ilk kpmyüteri hesab edilən bu texnika vasitəsi ilə zamanında Günəş və Ay tutulmalarını müəyyən etmək, eyni zamnda digər astronomik işlər görmək üçün istifadə edildiyi ehtimal olunur.

Mütəxəssislərin apardığı araşdırma nəticəsində bəlli olub ki, Yunanlar iki min öncə bu “ilk kompyüter” vasitəsi ilə Günəş sistemindəki beş planet müəyyən edilib. Bu isə alimləri heyrətə gətirib. Araşdırmaçı qrupun rəhbəri Gardiff Universitetinin Astrofizika bölməsinin professoru Mike Edmunds deyib ki, 12 illik araşdırma nəticəsində texnikadakı bronzadan hazırlanan detalların yüksək keyfiyyətə mailk olduğunu və indiyədək dünyanın heç bir yerində belə bir mexanizmə rast gəlinməyib. Onun sözlərinə görə, bu aparat vasitəsi ilə Günən və Ay təqviminin mexanizmi müəyyənləşib, eyni zamanda Günəş və Ayın Zodiakları, həmçinin Günəş sistemi ətrafındakı Merkuri, Venera, Mars, Yupiter və Saturn planetlərinin düzgün qaydada sıralaya biliblər.

 

kom1

kom

Gununsesi.info