22 şagirdi zorlayan məktəb direktoru edam edildi

Çinin Qansu əyalətində keçmiş ibtidai məktəb direktoruna “zorlama” və “uşaqlara qarşı cinsi təcavüz” ittihamı ilə verilən ölüm hökmünün icra olunduğu bildirilib.

Gununsesi.info xəbər verir ki, “China Daily”nin məlumatına görə, Pingliang əyalətinin Cingning rayonunda yerli məktəbdə işləyən Canq Longci adlı müttəhim 8-12 yaş arası 5 qıza təcavüz etməkdə və 8-14 yaş arası 17 qıza cinsi təcavüz etməkdə təqsirli bilinib.

Hökm noyabrın 7-də, təqsirləndirilən şəxsin yerli məhkəmənin edam hökmündən verdiyi apellyasiya şikayəti Qansu Ali Məhkəməsi tərəfindən rədd edildikdən sonra icra edilib.

Qeyd olunub ki, cinayətdən zərər çəkən şagirdlərə yerli təhsil rəhbərliyi tərəfindən psixoloji yardım və dəstək göstərilib, hadisə baş verən ibtidai məktəb bağlanaraq başqa məktəbə birləşdirilib.

Gununsesi.info