22 yaşlı gənci bıçaqladılar, vəziyyəti ağırdır

  • By admin
  • 18 Dekabr 2016 19:13

peterburqda_qetl

 

Şəmkir rayon sakini bıçaqlanıb.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, rayonun Dağ İrmaşlı kənd sakini 1994-cü il təvəllüdlü Əsgərov Vüsal Vüqar oğlu döş boşluğunun sol yarısının daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Üzərində cərrahi əməliyyat aparılan yaralının vəziyyəti ağır qiymətləndirilir.

V. Əsgərovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı məlum deyil. Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Gununsesi.info