
Yaponiyanın 2 prefekturasında “quş qripi” ilə əlaqədar 300 minə yaxın toyuq öldürüləcək.
Gununsesi.info ria.ru-ya istinadən xəbər verir ki, gecə fermaların birində 96 toyuq tələf olub. Tələf olan toyuqların analizdəri göstərib ki, bu toyuqlarda Н5 virusu var. Bu fermada, 3 gün ərzində 220 min toyuq öldürülməlidi.
Tiba prefekturasında isə, 3 gün ərzində 68 min toyuq öldürülməlidi.
Xəbərdə deyilir ki, hər 2 prefekturanın girişində yoxlama-buraxılış məntəqələri qoyulub.
Gununsesi.info