23 hərbçi ömürlük həbs cəzasına məhkum edildi…

  • By admin
  • 15 İyun 2017 22:03

mehkeme

Ankara məhkəməsi çevriliş cəhdi işi üzrə 23 hərbçini ömürlük həbs cəzasına məhkum edib.

Gununsesi.info-nun “Anadolu”ya istinadən verdiyi xəbərə görə, hərbçilər çevriliş cəhdi zamanı ölkədəki konstitusiya quruluşunu dəyişməkdə,  Türkiyə prezident administrasiyasının rəhbəri Fəxri Kasırqanı zorla saxlamaqda ittiham olunublar.

Onlar F.Kasırqanı zorla təcili yardım avtomobilinə mindirərək qiyamçıların qərargahının yerləşdiyi “Akıncı” aviabazasına aparıblar.

26 müttəhimdən 23-ü ömürlük həbs cəzasına məhkum edilib, iki nəfər bəraət qazanıb, prezident qvardiyasının komandanı polkovnik Muhsin Qüdsi Barış 12 il azadlıqdan məhrum olunub.

Gununsesi.info