23 ildir qayda pozmayan sürücünü ilk dəfə Vaqif Əsədov saxladı - "SÜRÜCÜLƏRİN 30 FAİZİNİ NÜMUNƏVİ HESAB ETMƏK OLAR"

  • Müəllif: admin
  • 01 May 2017 18:40

vaqif-esedov

“Paytaxt üzrə sürücülərin 30 faizini nümunəvi hesab etmək olar”.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov paytaxtda avtomobil idarə edən nümunəvi sürücülər barədə danışıb.

Gununsesi.info-nun məlumatına görə, o, unikal.org-a açıqlamasında deyib ki, paytaxt üzrə sürücülərin 30 faizini nümunəvi hesab etmək olar: “Bu, artıq yaxşı faktdır. Yol polisi tərəfindən görülən işlər nəticəsində belə bir rəqəm ortaya çıxıb. Özüm qayda pozuntusuna görə cərmələdiyim sürücülər arasında da buna rast gəlmişəm. Bir dəfə sürücü avtomobilindən düşdü və bildirdi ki, 23 ildir maşın sürür, ilk dəfədir mən onu saxlayıram. Gördüm ki, sənədləri də qaydasındadır. Hesab edirəm ki, son 20 il ərzində avtomobilini idarə edən kifayət qədər nümunəvi sürücü var və onların idarə etikləri avtomobillər yol polisi tərəfindən nə saxlanılıb, nə də həmin sürücülər inzibati məhsuliyyətə cəlb edilib”.

Gununsesi.info